İspaniyanın Baş naziri Pedro Sançes ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 29-da keçiriləcəyini açıqlayıb.
Bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Bildirilib ki, qərar hökumətin mənzil böhranı ilə bağlı hazırladığı iki qanun layihəsinin Konqres tərəfindən rədd edilməsindən sonra qəbul olunub.