Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Qırmızı Qəsəbədə insan alveri əleyhinə tədbir keçirilib

User 06 Oktyabr 2026 - 12:22 (Last updated: 06 Oktyabr 2026 - 14:56)
esas sekil

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri sosial bəla kimi” layihəsi silsilə tədbirlər şəklində keçirilib.

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.

Layihənin icrası Qırmızı Qəsəbə qəsəbəsində yerləşən İsaak Xanukov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Tədbirdə layihə rəhbəri və ekspertlə yanaşı, məktəbin direktoru Yavuşva müəllim, direktor müavini Sevil xanım, məktəbin digər əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ələkbər İsmayılov müəllim də iştirak edib.

Bu regionun seçilməsində əsas səbəb rayonda qohum nikahları ilə bağlı mövcud olan problemlərin, insan alverinin və yetkinlik yaşına çatmayanların erkən evliliyinin qarşısının alınmasına dəstək olmaq idi. Layihənin məqsədi insan alverinin fəsadları, erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və riskləri barədə yeniyetmələrin maarifləndirilməsi olub.

Tədbirdə yeniyetmələrə verilən qovluqlarda qeyd kitabçalarının və yazı qələmlərinin təqdim olunmasında məqsəd onların tədbir zamanı yaranan suallarını yazaraq bizə təqdim etmələri idi. Press-relizin təqdimatını da önəmli hesab etdiyimiz üçün, o, bütün iştirakçılara verilib.

Ümumilikdə 5 (beş) tədbir keçirilib. Tədbirdə hər bir iştirakçıya çərçivədə sertifikatlar təqdim olunub. Sonda çay dəvəti təşkil edilib.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, insan alveri, erkən, rəsmi qaydada qeydə alınmayan və qan qohumları arasında baş verən nikahların cəmiyyətin əsas problemlərindən olduğu barədə məlumat verilib.

Layihənin icrası zamanı yeniyetmələrə erkən evliliyin fəsadları və yaxın qohum nikahlarından doğulan uşaqların sağlamlıqlarının böyük risk altında olması barədə məlumat verilib. Həmçinin insan alveri və bunun qanunla qadağan edilməsi haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Nəhayət, inanıram ki, bu layihənin icrası cəmiyyətimizin sağlam inkişafı, ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının, eləcə də insan alveri təhlükəsinin azalması istiqamətində, xüsusilə də regionlarda insan alverinin, erkən evliliyin və qohum nikahlarının qarşısının alınmasına kömək edəcəkdir.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

AzPost.az

Post navigation

Previous: Ölkədə 179 min nəfər yaşa görə sosial müavinət alır
Next: “Aqrar sahə haqqında” yeni qanun nəyi dəyişəcək? –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

Boşanma
  • Baş Yazı

11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?

User 20 Noyabr 2026 - 15:37
Azərbaycanda ailə qurmaq istəyənlərin sayı azalmağa davam edir. Bu ilin ilk 9 ayında ölkədə 31 085 nikah...
Read more about 11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?
“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı yuxu yat
  • Maraqlı

Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı

User 20 Noyabr 2026 - 14:43
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik” trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.