Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Hər gün süd içmək insult riskini azalda bilər

User 07 Oktyabr 2026 - 16:46 (Last updated: 07 Oktyabr 2026 - 00:16)
Süd

Süd

Gündə təxminən 180 qram süd içmək insult riskinin azalması ilə əlaqəli ola bilər.
Bu qənaətə yapon alimləri gəliblər. Tədqiqatçılar süd istehlakının artırılmasının ölkə əhalisi arasında insult hallarına mümkün təsirini riyazi model əsasında qiymətləndiriblər.
2026-cı ildə Nutrients jurnalında dərc olunan araşdırmada 30-79 yaş aralığında olan yaponiyalıların məlumatları təhlil edilib. Alimlər mövcud süd məhsulları istehlakını gündə iki porsiya süd məhsulunun qəbul edildiyi hipotetik ssenari ilə müqayisə ediblər. Bu isə təxminən 180 qram süd deməkdir.

İştirakçıların ilkin məlumatlarına görə, orta hesabla gündə cəmi 61,8 qram süd istehlak olunub.
Modelə əsasən, mövcud istehlak səviyyəsi dəyişməsə, 10 il ərzində Yaponiyada təxminən 1,76 milyon insult hadisəsi baş verə bilərdi.
Süd istehlakı gündə 180 qrama çatdırılsaydı, hesablamalara görə, insult hallarının sayı təxminən 123,6 min azalacaqdı. Bu isə təxminən 7 faizlik azalma deməkdir. İnsultdan ölüm hallarının isə 18,7 minə yaxın azalacağı proqnozlaşdırılıb. Bəzi yaş və cins qruplarında gözlənilən azalma 10,6 faizə qədər olub.
Südün tərkibində orqanizmin fəaliyyəti üçün vacib olan kalsium, kalium, maqnezium, zülal və B12 vitamini kimi qida maddələri var. Xüsusilə kaliumun ürək-damar sağlamlığı baxımından əhəmiyyətli olduğu qeyd edilir. O, arterial təzyiqin tənzimlənməsində iştirak edir. Yüksək qan təzyiqi isə insult üçün əsas risk faktorlarından biridir. Bununla belə, alimlər südün hansı komponentinin bu statistik əlaqəni izah etdiyini müəyyən etməyiblər.
İnsult riskinə arterial təzyiq, siqaret, xolesterin səviyyəsi, diabet, artıq çəki, fiziki aktivlik və ümumi qidalanma xüsusiyyətləri də daxil olmaqla çoxsaylı amillər təsir göstərir.
Yapon alimlərinin araşdırması süd məhsulları ilə insult riski arasında əlaqə olduğunu göstərən ilk tədqiqat deyil. Əvvəlki meta-analiz və sistematik icmallarda da daha çox süd və süd məhsulları qəbul edənlərdə insult riskinin statistik olaraq daha aşağı ola biləcəyi göstərilib.

AzPost.az

Post navigation

Previous: Messi Universitetin fəxri doktoru oldu
Next: Maşın almaq istəyənlər üçün bankların kredit TƏKLİFLƏRİ

Oxşar xəbərlər

olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.