Rusiya Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) İrkutsk vilayətindəki epidemioloji vəziyyət barədə məlumatlandırıb.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, İrkutsk vilayətindəki epidemioloji vəziyyətlə bağlı məlumatların böyük əksəriyyətinin yalan olduğunu qeyd edib.
Kremlin sözçüsü “Rospotrebnadzor”un açıqlamalarına diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, İrkutsk vilayətində bir nəfərin ölümü ilə nəticələnən şübhəli taunla bağlı məlumatlardan sonra karantin tətbiq edildiyi və bəzi xəstəxanaların bağlandığı barədə məlumat yayılıb. Rəsmi Moskva taun xəstəliyinin aşkarlanması ilə bağlı məlumatları təkzib edib. “Rospotrebnadzor” İrkutsk vilayətində ölən qadının pnevmoniyadan həyatını itirdiyini, hazırda regionda sanitar-epidemioloji vəziyyətin sabit olduğunu açıqlayıb.