Final görüşündə zəif çıxış etdiyim üçün qızıl medalı əldən verdim. Nəticə hər şeyi aydın şəkildə ortaya qoyur, əlavə sözə və ya bəhanəyə gərək yoxdur. İkinci yeri tutdum və özümə başqa qiymət verə bilmərəm. Görüşdə sadəcə rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur.
Bu sözləri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Gələcək planlarından söz açan idmançı bir qədər istirahətə ehtiyacı olduğunu vurğulayıb: “Hələ ki, gələcəklə bağlı böyük planlarım yoxdur. Bir qədər dincəlmək, hər şeyi yenidən təhlil etmək və gözdən keçirmək istəyirəm. İndi konkret bir söz demək çətindir”.
Qeyd edək ki, mundiala oktyabrın 11-də yekun vurulacaq.