Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropa İttifaqından Rusiyaya sərt mesaj – Enerji sanksiyaları nə vaxt ləğv ediləcək?

User 21 Oktyabr 2026 - 14:08
der leyen

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiyanın enerji resurslarına qarşı məhdudiyyətləri yumşaltmaq istiqamətində atdığı addımlara baxmayaraq, Avropa İttifaqı Ukraynada münaqişə başa çatana qədər Rusiyaya qarşı enerji sanksiyalarını ləğv etmək niyyətində deyil.

“Hazırkı müzakirələrlə əlaqədar fikrimi tam aydın ifadə etmək istəyirəm: Rusiya müharibəni dayandırana qədər bu sanksiyalar qüvvədə qalacaq”, – deyə fon der Lyayen çərşənbə günü Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

Avropa Komissiyası rəhbərinin bu açıqlamaları Vaşinqtonun Rusiyanın enerji sektoruna qarşı məhdudiyyətlərə yanaşmasını dəyişdiyi bir vaxta təsadüf edir.

Tramp administrasiyası daha əvvəl Rusiyadan dizel yanacağının tədarükünə dair sanksiya rejimini yumşaldıb və Rusiyaya qarşı bir sıra yeni məhdudiyyətlərin tətbiqini dayandırıb.

AzPost.az

Post navigation

Previous: Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
Next: Bakıda ev almaq istəyənlərə xəbərdarlıq- Qiymətlər ucuzlaşacaq, yoxsa artacaq?

Oxşar xəbərlər

xabbard
  • Dünya

Rusiya 74 yaşlı amerikalını həbsdən azad etdi – Putin Uitkoffla görüşdə açıqladı

User 21 Oktyabr 2026 - 14:00
putin uitkof
  • Dünya

Putinlə Uitkoffun görüşü başladı – Zelenskinin təklifləri müzakirə olunacaq?

User 21 Oktyabr 2026 - 13:49
pezeskian
  • Dünya

Pezeşkian ABŞ-a şərt qoydu – İranla danışıqlar üçün əvvəlcə nə dəyişməlidir?

User 21 Oktyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.