Böyük Britaniyanın dövlət borcunun həcmi tarixdə ilk dəfə 3 trilyon funt sterlinqi (4 trilyon dolları) ötüb.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Britaniya hökumətinin xarici borcunun həcmi bu ilin sentyabrında 24,52 milyard funt sterlinq təşkil edib. Bu, proqnozlaşdırılan göstəricidən yüksəkdir.
Eyni zamanda, büdcə kəsiri 97,8 milyard funt sterlinqə çatıb. Bu, gözləniləndən 6 milyard funt sterlinq çox olsa da, 2025-ci ilin göstəricisindən 4,4 milyard funt sterlinq azdır.
2025-ci ildə KİV Böyük Britaniyanın maliyyə problemləri barədə dəfələrlə yazıb. Kembric Universitetinin professoru Yacjit Çadha ölkənin dərinləşən iqtisadi problemlər səbəbindən Beynəlxalq Valyuta Fondundan (BVF) təcili kredit istəmək məcburiyyətində qala biləcəyini bildirib.
