Sabah Batumidə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə görüş keçirəcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata əsasən, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Gürcüstana səfər edəcəklər.
Maka Boçorişvilinin Mərkəzi Asiya ölkələrindən olan həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Gürcüstan XİN başçısının müavini Aleksandre Xvtisiaşvili bildirib ki, Batumidə keçiriləcək görüş Gürcüstan ilə Mərkəzi Asiya ölkələri arasında artan siyasi və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə, eləcə də regional əlaqələrin inkişafına təkan vermək üçün mühüm imkan yaradacaq.
