Cümə günü səhər saatlarında dünya bazarında neftin qiyməti artmaqda davam edib. Bu, əvvəlki gün baş verən kəskin bahalaşmadan sonra qeydə alınıb. Nəticədə “Brent” markalı neftin qiyməti mayın 4-dən bəri ən yüksək səviyyəyə çatıb.
Londonun ICE Futures birjasında dekabr ayı üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 113,92 dollar təşkil edib. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,75 dollar və ya 0,66% artım deməkdir.
Cümə axşamı “Brent”in qiyməti 4,35 dollar və ya 4% bahalaşaraq bir barel üçün 113,17 dollara yüksəlib.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində dekabr ayı üçün WTI markalı neftin fyuçersləri isə 0,85 dollar və ya 0,85% artaraq bir barel üçün 100,32 dollara çatıb.
Əvvəlki ticarət sessiyasının yekununda WTI neftinin qiyməti 2,32 dollar və ya 2,4% yüksələrək 99,47 dollar təşkil etmişdi.
