Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı

User 26 Oktyabr 2026 - 11:00 (Last updated: 26 Oktyabr 2026 - 10:59)
zelenski

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynada müharibənin başa çatdırılması ilə bağlı Amerikanın təkliflərini əks etdirən sənədi Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.

Bu barədə RBC-Ukrayna məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski “TSN. Nedelya” proqramının aparıcısı Alla Mazura müsahibəsində bildirib ki, sənəddə Ukraynanın neytral statusu, ordusunun say tərkibi, ərazilər və təhlükəsizlik zəmanətləri kimi məsələlər əksini tapıb.

Zelenskinin sözlərinə görə, Kiyev həm Ukrayna ordusunun sayının məhdudlaşdırılması, həm də ölkəyə neytral status verilməsi tələbini qəbuledilməz hesab edir. Bununla belə, o, Vaşinqtonla əldə olunmuş razılaşmaları əsas gətirərək, Amerikanın hazırladığı təkliflərin bütün detallarını açıqlamayıb.

Ukrayna Prezidenti vurğulayıb ki, ölkəsinin təhlükəsizlik zəmanətləri Rusiya tərəfinin müəyyənləşdirdiyi şərtlər əsasında formalaşdırıla bilməz. Onun sözlərinə görə, ərazi məsələsi Kiyev üçün prinsipial əhəmiyyət daşıyır və yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.

“Ukrayna heç nəyi dəyişdirmək niyyətində deyil, lakin müzakirələrə hazırıq”, – Zelenski bildirib.

O əlavə edib ki, Amerika tərəfi ərazi məsələsində Kiyevin hansı güzəştlərə getməyə hazır olduğunu mütəmadi olaraq gündəmə gətirir.

Təhlükəsizlik zəmanətləri və Ukraynanın NATO ilə münasibətlərinin gələcəyi də daxil olmaqla, mümkün razılaşmanın digər aspektləri texniki qruplar səviyyəsində müzakirə edilə bilər. Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri bu zəmanətləri verməyə hazır olan dövlətlərin konkret öhdəliklərini nəzərdə tutur. Kiyev prosesdə ABŞ və Avropa ölkələrinin iştirakına ümid edir.

Ukrayna Prezidenti eyni zamanda vurğulayıb ki, Uitkoffun Putinə təqdim etdiyi sənəd Rusiyanın təsdiqləməli olduğu hazır sülh planı deyil. “Qərarı Rusiya vermir. Bütün tərəflər qərar qəbul edir. Müzakirə üçün təkliflər var, o cümlədən ABŞ tərəfindən irəli sürülən təkliflər. Onlar bu təklifləri bizimlə müzakirə edirlər”, – Zelenski izah edib.

AzPost.az

Post navigation

Previous: Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq?
Next: Təhsil Nazirliyindən İrana sərt cavab – “Öz problemlərinizlə məşğul olun”

Oxşar xəbərlər

mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
abs ordu
  • Dünya

Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq?

User 26 Oktyabr 2026 - 10:52
Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18

xƏBƏR

mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşərək regional koordinasiya məsələlərini müzakirə...
Read more about Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?
Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda 55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin 1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.