Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
ilham niderland

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

Dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.

AzPost.az

Post navigation

Previous: Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Next: Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

Oxşar xəbərlər

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26

xƏBƏR

xanim
  • Mədəniyyət

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib

User 26 Oktyabr 2026 - 12:57
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə...
Read more about Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib
Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir? mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda 55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.