Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşərək regional koordinasiya məsələlərini müzakirə edəcəklər.
Bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Birgə müdafiə haqqında Məkkə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanıb. Sənədə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilir.
Agentliyin məlumatında bildirilir ki, Məkkə paktına daxil olan ölkələrin — Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri bazar ertəsi İran rəsmiləri ilə regional koordinasiya məsələlərini müzakirə etmək üçün Tehranda görüşəcəklər.
Mənbələrin məlumatına görə, görüşdə Səudiyyə Ərəbistanını krallığın müdafiə naziri, şahzadə Xalid bin Salman Al Səud, Pakistanı quru qoşunlarının komandanı Asim Munir, Türkiyəni isə ölkənin kəşfiyyat xidmətinin rəhbəri təmsil edəcək.
