Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qazaxıstanda ruslara avtomobil satmaqdan imtina edirlər

User 27 Oktyabr 2026 - 12:52 (Last updated: 27 Oktyabr 2026 - 12:49)
qazaxstan serhed

Qazaxıstanda Rusiya vətəndaşlarına, hətta ölkədə qeydiyyatları olsa belə, sanksiyalara görə avtomobil satışından imtina edilir.

Azpost.info bildirir ki, bu barədə “Mash Money” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, belə halla Rusiya vətəndaşı Almatı şəhərindəki “Skoda” diler mərkəzində qarşılaşıb. Avtosalonun əməkdaşları Rusiya pasportu ilə avtomobilin alqı-satqısını rəsmiləşdirməkdən imtina edərək Avropa İttifaqının sanksiyalarını və Çexiya istehsalçısının siyasətini əsas gətiriblər.

Ruslara avtomobil satışından imtina halları əvvəllər də qeydə alınıb. Lakin həmin hallar əsasən Qazaxıstanda yaşamayan Rusiya vətəndaşlarına aid olub.

“Autonews” və “Kazakhstan Today” nəşrlərinin məlumatına görə, Qazaxıstandakı “Hyundai”, “Kia”, “Toyota”, “Volkswagen”, “Chery”, “Audi”, “Nissan”, “Lexus” və “Lada” dilerlərində də avtomobil alışına məhdudiyyətlər qeydə alınıb.

“Volkswagen” bu məhdudiyyətləri siyasi vəziyyətlə əlaqələndirib. “Kia” salonlarında isə Rusiya vətəndaşının yaşayış icazəsi və ya fərdi identifikasiya nömrəsi (İİN) ilə vergi qeydiyyatını təsdiqləyən sənədi olduqda avtomobil ala bilməsi mümkün olub. “Audi” nümayəndəsi əcnəbi alıcılara imtinanı istehsalçının qərarı ilə izah edib.

“El.kz” nəşri yazıb ki, bəzi Qazaxıstan dilerləri sanksiyalara görə Rusiya vətəndaşları ilə müqavilə bağlamaqdan çəkindikləri üçün ruslar avtomobilləri vasitəçilər vasitəsilə almağa davam edirlər.

Yekaterinburqdan olan potensial alıcı İlya Mazayev “Avto Mail” nəşrinə bildirib ki, Qazaxıstanda avtomobil alarkən bəzi məsələləri qeyri-rəsmi yollarla həll etmək təklifləri ilə qarşılaşıb.

Milli Avtomobil İttifaqının vitse-prezidenti Anton Şaparin dilerlərin imtina etməsini təchizatın dayandırılması riskindən ehtiyat etmələri ilə izah edib. Onun sözlərinə görə, avtomobil istehsalçıları Qazaxıstan dilerlərinin Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etdiklərindən şübhələnə və onlarla əməkdaşlığı dayandıra bilərlər.

AzPost.az

Post navigation

Previous: ABŞ Kanada ilə razılaşmağa hazırlaşır – polad və avtomobil rüsumu azaldıla bilər
Next: Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama

Oxşar xəbərlər

putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
tramp
  • Dünya

Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama

User 27 Oktyabr 2026 - 12:57

xƏBƏR

putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar. Bu...
Read more about Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM sahi
  • Sosial

Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM

User 27 Oktyabr 2026 - 13:18
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.