Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45 (Last updated: 27 Oktyabr 2026 - 13:45)
turkiye

Türkiyənin ABŞ və Fransanın hərbi mövcudluğunu Qara dənizə genişləndirmək cəhdlərinə qarşı çıxdığı bildirilir. Ankara Montrö Konvensiyasında nəzərdə tutulan məhdudiyyətlərdən imtina etmək niyyətində deyil.

Bu barədə çərşənbə axşamı hökumətyönlü “Yeni Şafak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ankara Bolqarıstan və Rumıniyanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirləri dəstəkləsə də, Qara dənizdə bu dənizə sahili olmayan ölkələrin əlavə hərbi-dəniz qüvvələrinin yerləşdirilməsinə qarşı çıxır.

Qəzet vurğulayır ki, Türkiyə Qara dənizdə təhlükəsizliyin ilk növbədə sahilyanı ölkələr tərəfindən təmin olunması prinsipini müdafiə edir.

“ABŞ və Fransa uzun müddətdir regionda öz hərbi mövcudluqlarını genişləndirməyə çalışırlar. Lakin Ankara bu planlara qarşı çıxır və hərbi gəmilərin Türkiyə boğazlarından keçidini tənzimləyən Montrö Konvensiyasına əsaslanır”, – deyə nəşr qeyd edir.

Qəzetin məlumatına görə, Ukrayna ətrafındakı münaqişənin genişlənməsi və ticarət gəmiçiliyi üçün təhlükələrin artması fonunda Qara dənizdə hərbi mövcudluq məsələsi yenidən gündəmə gələcək.

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edərək boğazları hərbi gəmilərin keçidi üçün bağlayıb.

Türkiyənin Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, konvensiyanın tətbiqi regionda sabitliyin qorunmasına töhfə verən düzgün qərar olub.

AzPost.az

Post navigation

Previous: Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE
Next: Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

Oxşar xəbərlər

putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
tramp
  • Dünya

Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama

User 27 Oktyabr 2026 - 12:57
qazaxstan serhed
  • Dünya

Qazaxıstanda ruslara avtomobil satmaqdan imtina edirlər

User 27 Oktyabr 2026 - 12:52

xƏBƏR

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Sarvan kəndində...
Read more about Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.