Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29 (Last updated: 27 Oktyabr 2026 - 20:20)
putin zelenski

Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qahr Støre ilə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya gələ biləcəyini təsdiqləyib.

Kremlin nümayəndəsi Yuri Uşakov “Vesti” informasiya xidmətinə açıqlamasında bildirib ki, Stubb və Støre Zelenskinin Putinlə birbaşa danışmaq istəyini Rusiya liderinə çatdırıblar.

“Rəhbərimiz bir daha bildirib ki, Zelenski həqiqətən birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin. Burada onun üçün bütün lazımi şərait, o cümlədən təhlükəsizlik təmin ediləcək”, – deyə Uşakov bildirib.

Uşakov vurğulayıb ki, Rusiya və Ukrayna liderlərinin görüşü danışıqlar başa çatdıqdan sonra məqsədəuyğun olardı. Onun sözlərinə görə, həmin vaxta qədər tərəflər münaqişənin uzunmüddətli həlli ilə bağlı sənədləri hazırlamalıdırlar.

Bundan əvvəl Aleksandr Stubb Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə birbaşa dialoqun zəruri olduğunu etiraf edib.

Söhbət zamanı tərəflər noyabrın birinci yarısında Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpası barədə əldə olunmuş razılaşmanı da alqışlayıblar.

AzPost.az

Post navigation

Previous: 2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq
Next: Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
mucteba xameneyi
  • Dünya

İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı

User 27 Oktyabr 2026 - 19:59
baxceli
  • Dünya

“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı

User 27 Oktyabr 2026 - 19:38

xƏBƏR

putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian enerji sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən neft-qaz sektorunda...
Read more about Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakları müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakları müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq” putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.