Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian enerji sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən neft-qaz sektorunda qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini müzakirə ediblər.
Bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.
“İki prezidentin danışıqlarında enerji əməkdaşlığı, neft-qaz sahəsində qarşılıqlı fəaliyyətin inkişafı, iqtisadi mübadilənin genişləndirilməsi və birgə layihələrin irəlilədilməsi üçün qarşılıqlı potensialdan istifadə məsələləri müzakirə olunub”, – məlumatda bildirilib.
Tərəflər ikitərəfli münasibətləri də müzakirə edib, siyasi və ticarət-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
