Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub

User 28 Oktyabr 2026 - 13:13 (Last updated: 29 Oktyabr 2026 - 13:16)
qht mekteb

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəb-Valideyn Tərəfdaşlığı” İnkişaf Platforması layihəsi çərçivəsində 27 oktyabr 2026-cı il tarixində Sabunçu rayonu E. Misirxanov adına 71 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə İctimai Birliyin sədri Murad Ağalarov, məktəbin direktoru Sahil Abbasov, məktəbin rəhbər heyəti, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Murad Ağalarov layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə məlumat verib. O, məktəb və ailə arasında səmərəli əməkdaşlığın qurulmasının uşaqların təlim-tərbiyəsi, sosial inkişafı və şəxsiyyət kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd olunub ki, müəllim-valideyn münasibətlərinin qarşılıqlı etimad, açıq ünsiyyət və ortaq məsuliyyət prinsipləri əsasında qurulması təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər.

Tədbir çərçivəsində təlimçilər tərəfindən məktəb-valideyn münasibətlərinin müxtəlif aspektlərini əhatə edən mövzularda təqdimatlar keçirilib.

Təlimçi Aysel Nağıyeva “Effektiv ünsiyyət zənciri: Müəllim-valideyn tərəfdaşlığı” mövzusunda çıxış edərək müəllim və valideynlər arasında sağlam ünsiyyətin qurulması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və mümkün problemlərin konstruktiv dialoq yolu ilə həlli məsələlərinə toxunub.

Təlimçi Aynur İskəndərova “Ortaq qərar, ortaq məsuliyyət: Tərəfdaşlıqda müəllim-valideyn rolları” adlı təqdimatında uşaqların təhsil və tərbiyəsində müəllimlərin və valideynlərin məsuliyyət bölgüsünü, birgə qərarvermənin əhəmiyyətini və əməkdaşlığın praktik mexanizmlərini diqqətə çatdırıb.

Təlimçi Ceyhun Qəşəm isə “Uşaqlarımızın dünyasını kim formalaşdırır? Ailə-Məktəb-Sosial media” mövzusunda çıxış edərək uşaqların dünyagörüşünün formalaşmasında ailənin, məktəbin və sosial medianın rolunu, rəqəmsal mühitin uşaqlara təsirini və bu istiqamətdə valideyn-məktəb əməkdaşlığının vacibliyini vurğulayıb.

Tədbir zamanı məktəb və ailə arasında tərəfdaşlığın gücləndirilməsi, uşaqların inkişafı ilə bağlı məsələlərdə birgə yanaşmanın tətbiqi və valideynlərin təhsil prosesində iştirakının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Məktəb-Valideyn Tərəfdaşlığı” İnkişaf Platforması layihəsi məktəb və ailə arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, valideynlərin maarifləndirilməsinə, müəllim-valideyn ünsiyyətinin təkmilləşdirilməsinə və uşaqların sağlam, təhlükəsiz və dəstəkləyici mühitdə inkişafına töhfə verməyi hədəfləyir.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilir.

AzPost.az

Post navigation

Previous: Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək
Next: Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

Oxşar xəbərlər

cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15
qht aile01
  • QHT

“İnsan alveri sosial bəla kimi” layihəsi sona çatıb

User 26 Oktyabr 2026 - 10:50

xƏBƏR

menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Bakıda mənzil almaq getdikcə daha çox ailə üçün ciddi maliyyə probleminə çevrilir. Söhbət təkcə evlərin qiymətindən getmir:...
Read more about Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.