“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilib.
Layihənin icrası Qırmızı Qəsəbə qəsəbəsində yerləşən İsaak Xanukov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində aparılıb. Beş sayda kecirilən tədbirlərdə layihə rəhbəri və ekspertlə yanaşı, məktəbin direktoru Yavuşva müəllim, direktor müavini Sevil xanım, məktəbin digər əməkdaşları, Quba Rayon İcra hakimiyyətinin nümayəndəsi Ələkbər İsmayılov müəllim də iştirak ediblər.
Layihənin əsas məqsədi rayonda qohum nikahları ilə bağlı mövcud olan problemlərin, insan alverinin və yetkinlik yaşına çatmayanların erkən evliliyinin qarşısının alınmasına dəstək olmaq, eyni zamanda insan alverinin fəsadları, erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və riskləri barədə yeniyetmələrin maarifləndirilməsi idi.
Layihənin icrası zamanı yeniyetmələrə erkən evliliyin fəsadları və yaxın qohum nikahlarından doğulan uşaqların sağlamlıqlarının böyük risk altında olması barədə məlumat verildi. Həmçinin insan alveri və bunun qanunla qadağan edilməsi haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda inanıram ki, bu layihənin davamlı olması, cəmiyyətimizin sağlam inkişafı, ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının, eləcə də insan alveri təhlükəsinin azalması istiqamətində, xüsusilə də regionlarda insan alverinin, erkən evliliyin və qohum nikahlarının qarşısının alınmasına kömək edəcəkdir.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


