Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30 (Last updated: 30 Oktyabr 2026 - 12:49)
qht mekteb01

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəb-Valideyn Tərəfdaşlığı” İnkişaf Platforması layihəsi çərçivəsində 28 oktyabr 2026-cı il tarixində “Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb” PHŞ-də maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Sitarə Abbasova, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin sədri Murad Ağalarov, “Məktəb Guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, məktəbin rəhbər heyəti, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirin əvvəlində məktəbin direktoru Sitarə Abbasova çıxış edərək məktəb-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində və fərdi inkişafında mühüm rol oynadığını qeyd edib. O, valideynlərin təhsil prosesində fəal iştirakının, müəllimlərlə müntəzəm ünsiyyətin və qarşılıqlı etimadın məktəb mühitinin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

Daha sonra Təhsil Cəmiyyəti İctimai Birliyinin sədri Murad Ağalarov layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə məlumat verib. O bildirib ki, məktəb və ailə arasında səmərəli tərəfdaşlığın qurulması uşaqların yalnız akademik nailiyyətləri deyil, eyni zamanda sosial bacarıqları, mənəvi dəyərləri və şəxsiyyət kimi formalaşması baxımından da əhəmiyyətlidir. Murad Ağalarov müəllim və valideynlərin ortaq məqsəd ətrafında birləşməsinin, uşaqların inkişafı ilə bağlı məsələlərdə birgə məsuliyyət daşımasının vacibliyini diqqətə çatdırıb.

“Məktəb Guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli də çıxışında məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Tədbirin növbəti hissəsində təlimçilər tərəfindən məktəb-valideyn münasibətlərinin müxtəlif aspektlərini əhatə edən təqdimatlar keçirilib.

Təlimçi Aysel Nağıyeva “Effektiv ünsiyyət zənciri: Müəllim-valideyn tərəfdaşlığı” mövzusunda çıxış edərək müəllim və valideynlər arasında sağlam ünsiyyətin qurulması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və yaranan problemlərin konstruktiv dialoq yolu ilə həlli məsələlərini diqqətə çatdırıb.

Təlimçi Aynur İskəndərova “Ortaq qərar, ortaq məsuliyyət: Tərəfdaşlıqda müəllim-valideyn rolları” mövzusunda təqdimatında uşaqların təhsil və tərbiyəsində müəllimlərin və valideynlərin məsuliyyət bölgüsünü, birgə qərarvermənin əhəmiyyətini və əməkdaşlığın praktik mexanizmlərini izah edib.

Təlimçi Ceyhun Qəşəm isə “Uşaqlarımızın dünyasını kim formalaşdırır? Ailə-Məktəb-Sosial media” mövzusunda çıxış edərək uşaqların dünyagörüşünün formalaşmasında ailənin, məktəbin və sosial medianın roluna, rəqəmsal mühitin uşaqlara təsirinə və bu sahədə valideyn-məktəb əməkdaşlığının vacibliyinə toxunub.

Tədbir çərçivəsində iştirakçılar məktəb və ailə arasında tərəfdaşlığın gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının artırılması və uşaqların inkişafına dəstək verən sağlam ünsiyyət mühitinin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Məktəb-Valideyn Tərəfdaşlığı” İnkişaf Platforması layihəsi məktəb və ailə arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsini, valideynlərin maarifləndirilməsini, müəllim-valideyn ünsiyyətinin təkmilləşdirilməsini və uşaqların hərtərəfli inkişafına dəstək verilməsini hədəfləyir.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilir.

AzPost.az

Post navigation

Previous: Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq
Next: ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

Oxşar xəbərlər

cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
qht mekteb
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub

User 28 Oktyabr 2026 - 13:13
qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15

xƏBƏR

zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsini şəxsi görüşdə müzakirə etməyə hazır olduğunu çatdırıb....
Read more about Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.