Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsini şəxsi görüşdə müzakirə etməyə hazır olduğunu çatdırıb.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiga açıqlayıb.

Onun sözlərinə görə, Zelenskinin mövqeyi oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Störe ilə telefon danışığı zamanı Putinə çatdırılıb.

“Biz bu görüşü istəyirik və ona hazırıq. Böyük ehtimalla, yalnız Zelenski ilə Putinin görüşü danışıqlara yeni keyfiyyət qazandıra bilər. Zelenski ən mürəkkəb və həssas məsələləri, o cümlədən ərazi məsələsini müzakirə etməyə hazırdır”, – Sibiga Helsingin Sanomat qəzetinə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, iki ölkə liderinin görüşü, demək olar, istənilən məkanda keçirilə bilər.

“Bizim üçün fərqi yoxdur. Əsas odur ki, görüş Moskva və ya Belarusda olmasın. Bəlkə də, Şimali Koreyada da yox”, – deyə o qeyd edib.

Sibiganın sözlərinə görə, Finlandiya və Norveç liderlərinin Putinlə telefon danışığı Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların noyabr ayında Əbu-Dabidə davam etdiriləcəyini təsdiqləyib.

“Bu görüş Rusiyanın müharibəni diplomatik yollarla başa çatdırmaq niyyətinin nə dərəcədə ciddi olduğunu göstərəcək”, – Ukraynanın xarici işlər naziri deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya və Ukrayna liderlərinin iştirakı ilə sammit keçirməyə ümid etdiyini bildirmişdi.

“Açıq desəm, çox yaxın zamanda görüşlər təşkil olunacaq və düşünürəm ki, böyük irəliləyiş əldə ediləcək”, – Ağ Ev rəhbəri oktyabrın 28-də söyləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Trampın bu açıqlamasına münasibət bildirərkən “yaxın zaman” anlayışının nisbətən geniş məna daşıdığını deyib. Bununla belə, o, Rusiya və Ukrayna liderlərinin görüşünün mümkünlüyü ilə bağlı Trampın sözlərini təkzib etməyib.

“Lakin dəfələrlə qeyd etdiyimiz kimi, bundan əvvəl uzunmüddətli və hərtərəfli hazırlıq işi aparılmalıdır”, – Kreml nümayəndəsi vurğulayıb.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək
Next: Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

Oxşar xəbərlər

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13

xƏBƏR

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbə endirilməsi imkanını nəzərdən keçirir. Bu zərbələrin İranın nüvə...
Read more about Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.