Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
tofiq zülfüqarov

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginliklə bağlı fikirlərini açıqlayıb. O, iki ölkə arasında müttəfiqlik və qardaşlıq münasibətlərinin mahiyyətinə diqqət çəkərək, dövlətlərarası əlaqələrdə iqtisadi maraqların və maliyyə amilinin mühüm rol oynadığını bildirib.

Tofiq Zülfüqarov sosial şəbəkədəki paylaşımında qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətlərindəki böhran, eləcə də tərəflərdən hansının müttəfiqlik və qardaşlıq prinsiplərini pozduğu barədə mediada çoxsaylı müzakirələr aparılır.

Onun sözlərinə görə, mövzuya yüksək emosional yanaşan müəlliflərin əksəriyyəti şəxsi hisslərini avtomatik olaraq dövlətlərarası münasibətlərin real əsaslarına və ənənələrinə aid edirlər.

Sabiq nazir hesab edir ki, dövlətlərarası münasibətlərdə, bütün digər sahələrdə olduğu kimi, əsas müəyyənedici amillərdən biri iqtisadi maraqlardır.

“Çoxları mənimlə razılaşmayacaq. Lakin hətta müttəfiqlik və qardaşlıq münasibətlərinin də bu və ya digər dövlətin büdcəsində müvafiq maddələri və parametrləri var. Bəli, düz tapdınız, söhbət puldan, özü də çox böyük pullardan gedir”, – deyə Zülfüqarov bildirib.

O, məktəbdə baş örtüyü məsələsi, İsraillə əməkdaşlıq, Fələstin uşaqları ilə həmrəylik kimi mövzuların bəzən əsaslı amillərlə yanaşı, müəyyən maraqları pərdələmək üçün istifadə oluna biləcəyini vurğulayıb.

Sabiq xarici işlər naziri bu kontekstdə İlf və Petrovun “12 stul” əsərindəki ata Fyodorun arzuladığı “kiçik şam fabriki” ifadəsinə də istinad edib. Onun fikrincə, bəzi qüvvələr bu cür məsələlərdən öz şəxsi maraqları naminə istifadə etməyə çalışırlar.

Zülfüqarov adi insanlar arasındakı qardaşlıq münasibətləri ilə dövlətlərarası əlaqələrin fərqini izah etmək üçün Türkiyə və Azərbaycan vətəndaşlarının münasibətlərini nümunə göstərib.

“Azərbaycan və Türkiyə vətəndaşları, şübhəsiz ki, bir-birlərinə qarşı qardaşlıq hissləri bəsləyirlər. Lakin bu o demək deyil ki, İstanbulda və ya Bakıda hotelə yerləşərkən onlardan ödəniş tələb olunmayacaq. Bəli, onlara endirim edilə bilər, amma pulsuz qalmaq mümkün olmayacaq”, – deyə o yazıb.

Tofiq Zülfüqarov hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafından kimsə öz şəxsi maraqları naminə Azərbaycanda qərar qəbul edən şəxslərə təzyiq sistemi yaratmaq barədə qərar verib.

Sabiq nazirin fikrincə, bu cür təzyiq cəhdi nəticə verməyəcək və uzun müddət davam edə bilməz.

O, həm Azərbaycanda, həm də Türkiyədə iki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsini istəyən sağlam qüvvələrin mövcud olduğuna inandığını bildirib. Zülfüqarov həmin qüvvələrin münasibətlərin güclənməsinə qarşı çıxanları zərərsizləşdirəcəyini düşünür.

Nadir

AzPost.az

Post navigation

Previous: Tramp 150-dən çox əfqanı deportasiya edir
Next: Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. “APA-Economics” Dövlət Statistika...
Read more about Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.