Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46 (Last updated: 01 Noyabr 2026 - 23:01)
ilham tramp 01

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət edib.

Azpost.info bildirir ki, sammit dekabrın 14-15-də ABŞ-ın Florida ştatının Mayami şəhərində təşkil olunacaq. ABŞ Dövlət Departamentinin oktyabrın 28-də yaydığı məlumata görə, tədbirə Prezident Donald Tramp ev sahibliyi edəcək.
Azərbaycanın sammitə dəvət edilməsi barədə məlumat hələ iyulun 7-də yayılıb. Azərbaycan ABŞ-ın G20 sədrliyinin rəsmi saytında dəvət olunan ölkələr sırasında göstərilib. Həmin siyahıda Qazaxıstan, Özbəkistan, Qətər, Sinqapur, İspaniya, Niderland, Norveç və digər dövlətlər də yer alıb.

İyulun 6-da yayılan digər məlumatda isə Qırğızıstanın ABŞ-dakı səfiri Aibek Moldogaziyev bildirib ki, Donald Tramp Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini sammitə şəxsi qonaq qismində dəvət edib.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampla telefon danışığı zamanı G20 sammitinə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. İlham Əliyev bu dəvəti ABŞ-ın Azərbaycana müsbət münasibətinin təzahürü kimi qiymətləndirib.
Qeyd edək ki, G20 dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən beynəlxalq platformadır. Sammitdə qlobal iqtisadiyyat, maliyyə sabitliyi, beynəlxalq ticarət və digər mühüm məsələlər müzakirə olunur.

 

AzPost.az

Post navigation

Previous: İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP
Next: Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
ABŞ prezidenti Donald Tramp şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla danışıqlar və hərbi əməliyyatların...
Read more about Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.