Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Azərbaycanda vəkillərin

Azərbaycanda vəkillərin

Azərbaycanda maddi imkanı olmadığı üçün hüquqşünas və ya vəkil xidmətindən yararlana bilməyən vətəndaşlar üçün yeni hüquqi yardım mexanizmi yaradılması təklif olunur.

Milli Məclisdə “Pulsuz hüquqi yardım haqqında” ayrıca qanun layihəsi birinci oxunuşda qəbul edilib. Sənəd qəbul olunarsa, aztəminatlı şəxslərdən tutmuş şəhid ailələrinə, müharibə veteranlarına və məişət zorakılığından zərər çəkənlərə qədər bir sıra kateqoriyadan olan insanlar dövlət hesabına hüquqi yardım ala biləcəklər.

Bəs bu, vətəndaşın istənilən hüquqi mübahisədə pulsuz vəkil tuta biləcəyi deməkdirmi? Kimlər bu imkandan yararlana biləcək?

Pulsuz hüquqi yardım kimlərə şamil ediləcək?

Qanun layihəsinə əsasən, hüquqi yardıma ehtiyacı olan, lakin vəkil xidmətinin haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxslər dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ əldə edə bilərlər.

Bu kateqoriyaya aşağıdakılar daxildir:

-Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

-İşləməyən əlilliyi olan şəxslər;

-Rəsmi qaydada işsiz kimi qeydiyyata alınmış şəxslər.

Layihədə aztəminatlı şəxslər üçün maddi vəziyyət və orta aylıq gəlirin cari il üzrə yaşayış minimumundan aşağı olması meyarı da göstərilir.

Bundan başqa, pulsuz hüquqi yardım almaq hüququ şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına, insan alverinin qurbanlarına, məişət zorakılığından zərər çəkmiş şəxslərə, yetkinlik yaşına çatmayanlara, qaçqınlara və siyasi sığınacaq verilmiş şəxslərə də şamil ediləcək.

Korrupsiya ilə bağlı hüquqpozmalar barədə qanunvericiliyə uyğun məlumat verənlər, valideyn himayəsindən məhrum olmuş şəxslər, cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonrakı bir il ərzində olan şəxslər və probasiya nəzarətində olanlar da bu siyahıya daxildir.

Pensiyaçılar pulsuz vəkil ala biləcəkmi?

Bu məsələ xüsusilə diqqət çəkir. Çünki pensiya ilə dolanan, lakin hüquqi mübahisə zamanı vəkil tutmaq imkanına malik olmayan vətəndaşların sayı az deyil. Ancaq qanun layihəsinin hazırkı mətnində pensiyaçı olmaq ayrıca və avtomatik pulsuz peşəkar hüquqi yardım hüququ yaradan kateqoriya kimi göstərilmir. Yəni yalnız pensiya yaşına çatmaq kifayət etməyə bilər.

Pensiyaçının ünvanlı sosial yardım alan ailənin üzvü olması və ya qanunda nəzərdə tutulan digər meyarlara uyğun gəlməsi vacibdir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin mövcud Hüquqi Təminat bölməsində pensiya yaşına çatmış şəxslər də pulsuz hüquqi məsləhət və sənədlərin hazırlanması ilə bağlı yardımdan yararlana bilirlər. Yeni layihə isə ayrıca dövlət hesabına hüquqi yardım sisteminin yaradılmasını nəzərdə tutur.

Vətəndaşa hansı xidmətlər pulsuz göstəriləcək?

Layihədə hüquqi yardım iki əsas istiqamətə bölünür.

Birinci istiqamət – ilkin hüquqi yardım.

Buraya vətəndaşların qanunvericilik, hüquq və vəzifələri barədə məlumatlandırılması, hüquqlarını necə müdafiə edə biləcəklərinin izah edilməsi, ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanmasına kömək daxildir. Məsələn, əməkhaqqını ala bilməyən, mənzil və ya ailə mübahisəsi yaşayan, sosial təminatla bağlı hüquqlarının pozulduğunu düşünən vətəndaş ilkin hüquqi məsləhət və sənədlərin hazırlanması üçün müraciət edə biləcək.

İkinci istiqamət – peşəkar hüquqi yardım.

Bu mərhələdə müəyyən edilmiş kateqoriyalara aid şəxslərə vəkil tərəfindən hüquqi müdafiə və təmsilçilik xidməti göstərilməsi nəzərdə tutulur. Buraya cinayət işlərində müdafiə, mülki və inzibati mübahisələr üzrə məhkəmədə təmsilçilik, qanunda göstərilən hallarda zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi daxildir.

Ancaq vacib məqam budur ki, hər bir mülki mübahisədə istənilən vətəndaşın avtomatik olaraq pulsuz vəkillə təmin olunacağı nəzərdə tutulmur. Yardım qanunda göstərilən şəxslərə və müəyyən edilmiş hallara uyğun göstəriləcək.

Vətəndaş pulsuz vəkil almaq üçün hara müraciət etməlidir?

Layihəyə əsasən, pulsuz hüquqi yardımın təşkilini Vəkillər Kollegiyasının Rəyasət Heyəti həyata keçirəcək.

Vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsən, poçt vasitəsilə və yaxud elektron qaydada Vəkillər Kollegiyasına müraciət edə biləcək. Ərizəyə şəxsiyyəti təsdiq edən sənəd və şəxsin müvafiq kateqoriyaya aid olduğunu göstərən təsdiqedici məlumatlar əlavə olunmalıdır. Ərizə və sənədlərə qeydiyyata alındığı tarixdən etibarən 7 iş günü ərzində baxılması nəzərdə tutulur. Müraciət təmin edilərsə, sənədlər hüquqi yardım göstərəcək şəxsə yönləndiriləcək. İlkin hüquqi yardımın isə müvafiq sənədlər əldə edildikdən sonra 3 gün ərzində göstərilməsi nəzərdə tutulur.

Pulsuz hüquqi yardım göstərilməsindən imtina edildiyi halda qərar əsaslandırılmalı, vətəndaşın həmin qərardan Vəkillər Kollegiyasına və ya məhkəməyə şikayət vermək hüququ olmalıdır.

Vəkillərin də üzərinə yeni öhdəlik qoyulur

Layihədə diqqət çəkən məqamlardan biri də vəkillərin ictimai fayda naminə pulsuz hüquqi xidmət göstərməsi ilə bağlıdır. Belə ki, vəkillərin ildə 30 saatdan az olmamaqla “pro bono” prinsipi əsasında hüquqi yardım göstərməsi nəzərdə tutulur. Bu, müəyyən edilmiş kateqoriyadan olan şəxslərə ödənişsiz hüquqi xidmət göstərilməsi deməkdir.

Pulsuz hüquqi yardımın maliyyələşdirilməsi isə əsasən bu məqsədlə dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılan vəsait hesabına həyata keçiriləcək.

Qanun vətəndaşın real hüquqi müdafiəsini təmin edə biləcəkmi?

Yeni mexanizm aztəminatlı ailələr, işləməyən əlilliyi olan şəxslər, şəhid ailələri və digər həssas qruplar üçün mühüm imkan yarada bilər. Çünki hüquqi mübahisədə haqlı olmaq bəzən kifayət etmir: insan öz hüququnu müdafiə etmək üçün qanunları bilməli, düzgün sənədlər hazırlamalı və məhkəmədə mövqeyini əsaslandırmalıdır. Vəkil xidmətinin qiyməti isə bir çox ailənin büdcəsi üçün ciddi xərcdir. Nəticədə bəzi vətəndaşlar hüquqlarının pozulduğunu bilsələr də, məhkəməyə müraciət etməkdən çəkinirlər.

Bununla belə, yeni sistemin effektivliyi təkcə qanunun qəbulundan deyil, hüquqi yardımın əlçatanlığından, vəkillərin sayından, müraciətlərə baxılmasının operativliyindən və göstərilən xidmətin keyfiyyətindən asılı olacaq.

Qeyd edək ki, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Orxan Əlizadə

AzPost.az

Post navigation

Previous: Noyabrın 1-nə olan hava proqnozu
Next: Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.