Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

User 05 Noyabr 2026 - 19:03
Kosmos

Kosmos

Yerdənkənar həyatın mümkün izlərini axtaran beynəlxalq tədqiqatçılar qrupu qeyri-adi radio siqnalı qeydə alıb. Çin alimlərinin rəhbərlik etdiyi komanda siqnalı üç planetin olduğu ulduz sistemindən qəbul edib. Həmin planetlərdən biri potensial yaşayış zonası yaxınlığında yerləşir.

Azpost.info bildirir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

NBS 260108 adlandırılan siqnal 2021-ci ildə Çinin FAST radio teleskopu tərəfindən toplanmış məlumatların təkrar təhlili zamanı aşkarlanıb.

Alimlərin xüsusi marağına səbəb Yerdən 238 işıq ili məsafəsində yerləşən K2-155 ulduz sistemi olub. Bu ulduzun ətrafında üç super Yer fırlanır. Onlardan biri — K2-155d potensial yaşayış zonasında yerləşir. Planetin radiusu Yerdəkindən təxminən 1,6 dəfə böyükdür, onun bir ili isə 40,7 Yer sutkası davam edir.

Siqnalın dar tezlik diapazonunda olması alimlərin diqqətini çəkib. Belə xüsusiyyət süni ötürücülər üçün xarakterikdir. Bundan başqa, siqnalın tezliyinin tədricən azalması da müşahidə olunub. Bu, mənbənin Yerə nisbətən hərəkəti ilə bağlı ola bilər.

Siqnal FAST teleskopunun 19 qəbuledici şüasından yalnız K2-155 sisteminə yönəlmiş birində qeydə alınıb. Bundan əlavə, siqnal YY polyarizasiya kanalında mövcud olub, lakin XX kanalında müşahidə edilməyib.

Tədqiqatçılar vurğulayırlar ki, qeyri-adi radio siqnalının aşkarlanması onun yerdənkənar mənşəli olduğunu sübut etmir. Mənbəni müəyyənləşdirmək üçün komanda FAST teleskopunun bütün 19 qəbuledici şüasından əldə edilən məlumatların təhlilini təkmilləşdirməyi və əlavə yoxlamalar aparmağı planlaşdırır.

Bu araşdırmalar siqnalın həqiqətən kosmosdan gəldiyini, yoxsa Yer üzündəki texniki maneələr nəticəsində yarandığını müəyyən etməyə kömək edəcək.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq
Next: Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı

Oxşar xəbərlər

baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33
isti hava
  • Maraqlı

İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu

User 05 Noyabr 2026 - 18:25
burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00

xƏBƏR

tramp zelenski
  • Dünya

Tramp seçkilərdən sonra Ukraynaya təzyiqi artıra bilər – Zelenskini nə gözləyir?

User 05 Noyabr 2026 - 21:00
ABŞ prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdən sonra müharibəni daha tez başa çatdırmaq məqsədilə Ukraynaya təzyiqi...
Read more about Tramp seçkilərdən sonra Ukraynaya təzyiqi artıra bilər – Zelenskini nə gözləyir?
Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır? kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16
Qeyri-neft ixracımız 20 faiz artdı – Azərbaycan xaricə ən çox hansı məhsulları satır? ixrac03
  • Baş Yazı

Qeyri-neft ixracımız 20 faiz artdı – Azərbaycan xaricə ən çox hansı məhsulları satır?

User 05 Noyabr 2026 - 20:02
60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.