ABŞ prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdən sonra müharibəni daha tez başa çatdırmaq məqsədilə Ukraynaya təzyiqi artıra bilər.
Bu barədə “The Telegraph” nəşri yazır.
“Onun dəyişməz qənaəti bundan ibarətdir ki, sülhə aparan ən qısa yol Ukraynanı kapitulyasiyaya məcbur etmək, daha sonra isə Putin Rusiyası ilə münasibətləri normallaşdırmaqdır”, – məqalədə bildirilir.
Eyni zamanda qeyd olunur ki, seçkilərdən sonra Tramp qərar qəbul etmək üçün kifayət qədər sərbəstliyə malik olmayacaq. Belə ki, Rusiyaya qarşı ən sərt sanksiyaları yalnız ABŞ Konqresi ləğv edə bilər.
Məqalə müəllifi həmçinin diqqətə çatdırıb ki, hazırda Avropa Ukraynaya maliyyə və silah yardımı göstərməklə Kiyev rejiminin rəhbəri Vladimir Zelenskini ABŞ-ın təzyiqlərindən qoruyur.
Daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vyaçeslav Nikonov aralıq seçkilərdən sonra Trampla Zelenski arasındakı münasibətlərin tamamilə pisləşə biləcəyini bildirib.
Ekspert Demokratların Ukraynaya əlavə maliyyə yardımını ABŞ-ın federal büdcəsinə daxil etməyə çalışacağını ehtimal edib. Lakin Tramp veto hüququndan istifadə edə bilər. Bu isə ABŞ-da siyasi qüvvələr arasında yeni fikir ayrılığına səbəb ola bilər.
Xatırladaq ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçkilərin nəticələrinə görə, Demokratlar Partiyası qanunverici orqanın hər iki palatasına nəzarəti ələ keçirib.
N.Talıblı
