Rusiya Prezidenti Vladimir Putin İranın Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının katibi Möhsün Rzaini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərib.
Bu barədə “İranlı jurnalistin gündəliyi” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Rzai Rusiya paytaxtında dövlət başçısı səviyyəsində ehtiramla qarşılanıb.
Bildirilib ki, danışıqlar zamanı Putin İrana Rusiya ilə Çin arasındakı əməkdaşlıq səviyyəsinə uyğun, tam və məhdudiyyətsiz dəstək vəd edib.
