ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri Konqresə aralıq seçkilərə beş gün qalmış ona tövsiyə ediblər ki, İranla genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, bunu yanvar ayından əvvəl etsin. Həmin vaxt Konqresin yeni tərkibi fəaliyyətə başlayacaq.
Bu barədə NBC News iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, seçkilərdə demokratların qələbə qazanması və Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi mümkün hərbi əməliyyat üçün vaxt pəncərəsinin məhdud olduğu barədə fikirləri gücləndirib.
NBC-nin həmsöhbətlərinin sözlərinə görə, müharibədən ictimai narazılığın artması ABŞ administrasiyasına təzyiqi gücləndirə bilər. Konqresin yeni tərkibi isə araşdırmalar aparmaq, maliyyələşməni azaltmaq və qanunvericilik təşəbbüsləri irəli sürmək yolu ilə hərbi əməliyyatların keçirilməsini çətinləşdirə bilər.
Pentaqon nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edib.
