Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşündən ilk görüntülər yayılıb.
Görüşdə amerikalılar və ev sahibi tərəfin nümayəndələri P formalı masanın mərkəzində əyləşiblər. Ukrayna və Rusiya nümayəndə heyətləri isə bir-birinin qarşısında yerləşiblər.
Fotolardan belə görünür ki, Avropa ölkələrinin bəyanatlarına baxmayaraq, onların nümayəndələri hələlik danışıqlar masasından kənarda qalıblar.
Halbuki cəmi bir neçə saat əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro Franceinfo radiostansiyasının efirində Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələrinin birbaşa danışıqlar zalında iştirak edəcəyini bildirmişdi.
Reuters agentliyinin məlumatına görə, Barro onu da qeyd edib ki, atəşkəs rejimi razılaşdırılmadan və sülh əldə olunmadan Rusiya ilə Avropanın təhlükəsizliyi məsələsində heç bir müzakirə aparıla bilməz.
