Ermənistan Prezidenti Vaqan Xaçaturyan noyabrın 10-da ABŞ-la “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası barədə qanunu imzalayıb.
Bununla da Ermənistan və ABŞ arasında “Tramp marşrutu” kimi tanınan strateji infrastruktur və tranzit sazişinin ratifikasiya prosesi başa çatıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamenti ABŞ-la imzalanmış sazişin ratifikasiyasını səsverməyə çıxarıb. Sənədin lehinə 63 deputat səs verib, 32 deputat əleyhinə çıxıb. Səsvermədə bitərəf qalan olmayıb.
Saziş “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlığı nəzərdə tutur.
