Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
dublin

Dublində dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. İrlandiya ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ölkənin paytaxtının mərkəzində yerləşən ofis binasında tapılan qurğunu təhlükəsiz vəziyyətə gətiriblər.

Bu barədə “Reuters” məlumat yayıb.

Qurğu bir gün əvvəl İrlandiyanın paytaxtında keçirilən ikigünlük sammitə gələn dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında yerləşib.

İrlandiya polisinin məlumatına görə, cümə günü günorta saatlarında Merrion meydanında yerləşən binada şübhəli qurğu olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Cümə axşamı isə meydanın digər tərəfində Avropa Siyasi Birliyinin iştirakçıları üçün şam yeməyi təşkil edilmişdi. Bu quruma Avropa İttifaqı ölkələri ilə yanaşı, İttifaqın üzvü olmayan dövlətlər də daxildir.

Polis hadisə yerində ilkin araşdırma apardıqdan sonra İrlandiya Müdafiə Qüvvələrinin partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərini çağırıb.

Polisin açıqlamasında bildirilir: “Mütəxəssislər qurğunu zərərsizləşdiriblər. Qurğunun konstruksiyası primitiv olsa da, real partlayış təhlükəsi yaradırdı”.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər. Polis qurğunun nə vaxt yerləşdirildiyini dəqiqləşdirməyib, onun quruluşu və mümkün hədəfləri barədə əlavə məlumat açıqlamayıb.

 

AzPost.az

Post navigation

Previous: Tramp İranla müharibənin başa çatdığını bildirib

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49
putin uitkoff kusner
  • Dünya

Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir

User 14 Noyabr 2026 - 09:43

xƏBƏR

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Dublində dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. İrlandiya ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə...
Read more about Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.