Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
media aciqlama soyud

Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.

Bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir: “Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşmışdır. Məsələ ilə bağlı “Meta” şirkətinə rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaqdır. Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır”.

AzPost.az

Post navigation

Previous: Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
Next: Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

Oxşar xəbərlər

sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48

xƏBƏR

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin...
Read more about Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.