Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55 (Last updated: 16 Noyabr 2026 - 13:55)
tramp elcek

ABŞ prezidenti Donald Trampın seçki koalisiyasında respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Ağ Ev rəhbərinə dəstəyin davam etdirilməsi ilə bağlı fikir ayrılıqları kəskinləşib.

Azpost.info bildirir ki, bu barədə “Politico” nəşri PF Global şirkətinin keçirdiyi sorğuya istinadən məlumat yayıb.

Araşdırma göstərib ki, MAGA hərəkatının tərəfdarları Respublikaçılar Partiyasının Trampla əlaqələrini daha da gücləndirməsinin tərəfdarıdır. Lakin onun 2024-cü il seçki koalisiyasının digər iştirakçıları prezidentdən məsafə saxlamağa hazırdırlar.

İkinci qrupa daxil olan seçicilərin təxminən hər beş nəfərindən biri hazırkı seçkilərdə Demokratlar Partiyasına səs verdiyini etiraf edib.

Bununla yanaşı, MAGA hərəkatına daxil olmayan Tramp tərəfdarlarının 59 faizi prezidentin seçkilərdə məğlub olduğunu düşünür. Sorğuda iştirak edənlərin təxminən yarısı hesab edir ki, Respublikaçılar Partiyasının namizədləri iqtisadi məsələlərdə Trampdan uzaq mövqe tutmalı idilər.

Fikir ayrılıqları partiyanın rəhbərliyində də özünü göstərib. Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasının Milli Komitəsinin 31 üzvü qanunvericilərə müraciət ünvanlayaraq səsvermənin nəticələrini yenidən nəzərdən keçirməyə çağırıb. Məktubda qeyd olunur ki, respublikaçılar hətta ənənəvi olaraq partiyanın güclü mövqelərə malik olduğu ştat və bölgələrdə belə ciddi məğlubiyyətə uğrayıblar.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN
Next: Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

Oxşar xəbərlər

ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48

xƏBƏR

herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib. Bu barədə Ermənistan Baş...
Read more about Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək
Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır tramp elcek
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55
Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN deniz erzai
  • Baş Yazı

Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN

User 16 Noyabr 2026 - 13:47
Azərbaycanda QHT-lərin yaradılması qaydası dəyişir – YENİLİK memur33
  • Sosial

Azərbaycanda QHT-lərin yaradılması qaydası dəyişir – YENİLİK

User 16 Noyabr 2026 - 13:36
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 16 Noyabr 2026 - 13:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.