Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40 (Last updated: 17 Noyabr 2026 - 09:37)
Tramp

İki aylıq nisbi sakitlikdən sonra Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Bir gün əvvəl İran pilotsuz uçuş aparatları ilə Bəhreyndəki ABŞ hərbi bazasına hücum edib, ABŞ isə regiona üçüncü aviadaşıyıcısını göndərib. Tehran qabaqlayıcı zərbə endirməklə açıq şəkildə hədələyir.

Ötən həftə müharibənin “demək olar ki, başa çatdığını” elan edən Donald Trampın bundan sonrakı addımları üçün üç variantı var.

Azpost.info bildirir ki, bu barədə Bild nəşri yazır.

Birinci ssenari – hücumların yenidən başlanması.

The New York Times qəzetinin məlumatına görə, ABŞ və İsrail İranın enerji infrastrukturuna və iqtisadi obyektlərinə yeni hücumlar etmək imkanını nəzərdən keçirirlər. Axios-un məlumatına əsasən, İsrailin baş naziri Benyamin Netanyahu da zərbələrin bərpa olunmasında israr edir.

İkinci ssenari – diplomatik təzyiq.

Cümə axşamı Tramp Çinin Şençjen şəhərində Si Cinpin və Vladimir Putinlə görüşəcək. KİV-in məlumatına görə, ABŞ prezidenti onlarla İran müharibəsini müzakirə etmək niyyətindədir.

ABŞ-ın regiondakı hərbi mövcudluğu İran neftinin ən böyük alıcısı olan Çinə təzyiq göstərmək üçün əlavə vasitəyə çevrilə bilər.

Üçüncü ssenari – dəniz blokadasının davam etdirilməsi.

ABŞ-ın dövlət katibi Marko Rubio hesab edir ki, Tehrana qarşı iqtisadi təzyiq artıq o qədər güclüdür ki, yeni hərbi zərbələrə ehtiyac qalmaya bilər.

Bununla yanaşı, diplomatik yolla nizamlanma ehtimalı da qalır. Noyabrın 17-də İranın xarici işlər naziri Vaşinqtonla Tehran arasında vasitəçilik edən Omana səfər edəcək.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı

Oxşar xəbərlər

Ukrayna
  • Dünya

ABŞ və Ukrayna Berlində təhlükəsizlik zəmanətlərini müzakirə edəcək

User 17 Noyabr 2026 - 09:15
vens
  • Dünya

İrana qarşı müharibə 2 il davam etməyəcək – Vensdən açıqlama

User 17 Noyabr 2026 - 09:09
kiyev hucum
  • Dünya

Rusiya Kiyevdə körpülərə raket zərbələri endirib

User 17 Noyabr 2026 - 09:06

xƏBƏR

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
Şəmkir rayonunun Varlı Həyat kəndində iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. APA-nın məlumatına...
Read more about Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı
İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı mahni oxumaq
  • Maraqlı

İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı

User 17 Noyabr 2026 - 09:50
İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var Tramp
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40
Bu günə olan valyuta məzənnələri valyuta
  • Sosial

Bu günə olan valyuta məzənnələri

User 17 Noyabr 2026 - 09:35
Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir? burcler
  • Maraqlı

Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir?

User 17 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.