Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
Qətl

Qətl

Şəmkir rayonunun Varlı Həyat kəndində iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, ilkin araşdırmalar hadisənin qətl və intihar olduğunu göstərir.

Məlumata əsasən, 1968-ci il təvəllüdlü R. Mustafayevlə onunla birgə yaşayan, 1986-cı il təvəllüdlü Y. Süleymanova arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadının başına küt alətlə zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan sonra R. Mustafayev kəsici alətlə özünə xəsarət yetirib və o da hadisə yerində həyatını itirib.

Qeyd edək ki, hadisə barədə ilkin məlumatda evdən kişi və qadın meyitlərinin tapıldığı bildirilirdi. Kişinin gün ərzində kənddə görünməməsi və telefon zənglərinə cavab verməməsi yaxınlarını narahat edib. Onlar evin qapısının bağlı olduğunu görərək hasardan həyətə daxil olub və meyitləri aşkar ediblər.

Mərhumun yaxınlarının APA-ya bildirdiyinə görə, R. Mustafayev kənddə əkinçiliklə məşğul olub. Qadının isə onun yanında işlədiyi bildirilir. Kişinin bir neçə il əvvəl ailəsindən ayrıldığı və övladının olduğu qeyd edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Post navigation

Previous: İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı

Oxşar xəbərlər

avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16

xƏBƏR

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
Şəmkir rayonunun Varlı Həyat kəndində iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. APA-nın məlumatına...
Read more about Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı
İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı mahni oxumaq
  • Maraqlı

İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı

User 17 Noyabr 2026 - 09:50
İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var Tramp
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40
Bu günə olan valyuta məzənnələri valyuta
  • Sosial

Bu günə olan valyuta məzənnələri

User 17 Noyabr 2026 - 09:35
Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir? burcler
  • Maraqlı

Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir?

User 17 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.