Ukrayna ordusu ötən gecə Krım körpüsünə FP-5 “Flamingo” qanadlı raketi ilə zərbə endirib.
17 noyabr gecəsi baş verən ikinci hücumdan sonra Krım körpüsünə dəyən ziyan xeyli ağır olub.
Belə ki, yol hissəsi də daxil olmaqla, körpünün konstruksiyalarına ciddi ziyan dəydiyi bildirilib.
Teleqram kanalları körpünün tağlarından birinin uçduğu görüntülərini yayıblar.
Rusiya Nəqliyyat Nazirliyi nəqliyyat vasitələrinin və qatarların hərəkətinin tamamilə dayandırıldığını təsdiqləyib. Mütəxəssislər körpünü yoxlamağa və ziyanı qiymətləndirməyə davam edirlər.
Qeyd edək ki, Ukrayna ordusu dünən də Krım körpüsünə dron zərbəsi endirmişdi. Bu zərbədən sonra körpüyə az zərər dəydiyi açıqlanmışdı.
