Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Zelenski Krım körpüsünun vurulmasının təfərrüatlarını açıqladı

User 17 Noyabr 2026 - 14:43
zelenski

Ukrayna ordusunun Krım körpüsünə zərbəsi bir neçə həftə ərzində hazırlanan xüsusi əməliyyatın yeddinci mərhələsində həyata keçirilib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanıb və əlaqələndirilib.

Zelenskinin açıqlamasına görə, əməliyyat zamanı “Dovbuş”, “Vendetta”, “Da Vinci”, “MİCH 2000”, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flamingo” və R-360 “Neptun” silah sistemlərindən istifadə olunub.

O bildirib ki, körpünün avtomobil hissəsinə “Palyanitsa” pilotsuz uçuş aparatları, dəmir yolu hissəsinə isə “Neptun” raketləri, “Ruta” və FP-5 vasitələri ilə zərbələr endirilib.

Zelenski əməliyyatı misli görünməmiş adlandıraraq, UTX-ya, Müdafiə Qüvvələrinin cəlb olunan bölmələrinə, müdafiə nazirinə, Silahlı Qüvvələrin baş komandanına və Baş Qərargaha təşəkkür edib.

“Döyüşçülərimiz yekun hədəfə gedən yolda mərhələli şəkildə hava hücumundan müdafiə sistemlərini, radarları, radioelektron mübarizə vasitələrini və digər müəyyən edilmiş obyektləri məhv ediblər”, – Ukrayna Prezidenti bildirib.

“Rusiyaya xatırladırıq ki, müharibə həmişə başladığı yerə qayıdacaq”, – Zelenski əlavə edib.

Qeyd edək ki, noyabrın 17-nə keçən gecə Krım körpüsünün bir hissəsi dağılıb. Rusiya Nəqliyyat Nazirliyi körpüdə hərəkətin mümkün olmadığını açıqlayıb.

AzPost.az

Post navigation

Previous: “Seçicilər deyirlər ki, sən orada niyə oturmusan?” – Deputatdan etiraz
Next: Xəzərin sahilində yeni qaydalar – Hansı obyektlər söküləcək, statusu dəyişəcək?

Oxşar xəbərlər

herbci ermeni esir
  • Dünya

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı

User 17 Noyabr 2026 - 13:33
ukr korpu
  • Dünya

Ukrayna Krım körpüsünə “Flamingo” raketi ilə ikinci dəfə zərbə endirib

User 17 Noyabr 2026 - 11:08
Tramp
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40

xƏBƏR

xezer sahili torpaq
  • Baş Yazı

Xəzərin sahilində yeni qaydalar – Hansı obyektlər söküləcək, statusu dəyişəcək?

User 17 Noyabr 2026 - 14:56
Azərbaycanda Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı yeni mərhələ başlayır. Azpost.info bildirir ki, Prezident İlham...
Read more about Xəzərin sahilində yeni qaydalar – Hansı obyektlər söküləcək, statusu dəyişəcək?
Zelenski Krım körpüsünun vurulmasının təfərrüatlarını açıqladı zelenski
  • Dünya

Zelenski Krım körpüsünun vurulmasının təfərrüatlarını açıqladı

User 17 Noyabr 2026 - 14:43
“Seçicilər deyirlər ki, sən orada niyə oturmusan?” – Deputatdan etiraz seyyad
  • Sosial

“Seçicilər deyirlər ki, sən orada niyə oturmusan?” – Deputatdan etiraz

User 17 Noyabr 2026 - 14:20
Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama media sura
  • Din

Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama

User 17 Noyabr 2026 - 13:50
“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz seyyad aran
  • Siyasət

“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz

User 17 Noyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.