Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib.
“NGS42.RU” portalının xəbərinə hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi yaxınlığında qeydə alınıb.
Yagunovo kəndində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb, daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb.
Vilayətin qubernatoru İlya Seredyuk hadisəni aviasiya insidenti kimi xarakterizə edib.
“Hadisə yerində operativ xidmətlər işləyir. Regional hakimiyyət tərəfindən zəruri köməklik göstərilir”, – qubernator sosial şəbəkə hesabında yazıb.
