Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderləri ilə görüşünün keçiriləcəyi Çinin Şençjen şəhərinə gəlib.
Xatırladaq ki, üçtərəfli danışıqlar noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun daha əvvəl bildirdiyinə görə, müzakirələrin gündəliyində Ukrayna məsələsi də yer alır.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı obyektlərə son hücumlarının görüşün gündəliyinə təsir etməməli olduğunu bildirib.
Kremlin nümayəndəsi Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçiriləcək görüşlə bağlı bütün məsələlərin tam razılaşdırıldığını da qeyd edib.
Peskovun sözlərinə görə, liderlərin görüşünün bir hissəsi jurnalistlər üçün açıq ola bilər.
