Azərbaycanda polis əməkdaşları noyabrın 17-də cinayət törətməkdə şübhəli bilinən 62 nəfəri saxlayıb. Həmçinin axtarışda olan 116 nəfər müəyyən edilərək tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin edilib.
Axtarışda olan şəxslərdən 90-ı borclu şəxs qismində axtarışa verilənlər olub. Saxlanılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 15 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən edilib.
