Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46 (Last updated: 18 Noyabr 2026 - 15:46)
4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d

Bakının Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində yenidənqurma və söküntü işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesdə vətəndaşların mülkiyyət hüquqlarının qorunması, onlara ödəniləcək kompensasiyanın ədalətli müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Proxima Group”un direktoru Orxan Əli məsələ ilə bağlı açıqlamasında bildirib ki, söküntü prosesində ən vacib məqamlardan biri əmlakın real bazar dəyərinin düzgün müəyyən edilməsidir.

Onun sözlərinə görə, vətəndaşlar yalnız söküntü barədə rəsmi bildiriş aldıqdan sonra deyil, bu ehtimalın yarandığı mərhələdə də öz daşınmaz əmlaklarının qiymətləndirilməsi barədə düşünməlidirlər.

“Burada söhbət yalnız mənzillərdən getmir. Söküntü zonasında yerləşən fərdi yaşayış evləri, torpaq sahələri, qeyri-yaşayış obyektləri və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan daşınmaz əmlaklar da qiymətləndirilməlidir. Vətəndaş əvvəlcədən müstəqil qiymətləndirmə şirkətinə müraciət edərək əmlakının bazar dəyərini müəyyənləşdirə və bununla bağlı rəsmi qiymətləndirmə hesabatı əldə edə bilər. Bu sənəd gələcəkdə kompensasiya məbləğinin müzakirəsi zamanı mülkiyyətçinin əlində mühüm sübut və müqayisə vasitəsi olacaq”, – deyə Orxan Əli qeyd edib.

Departament rəhbəri vurğulayıb ki, söküntünü həyata keçirən şirkət və ya sifarişçi qurum tərəfindən təklif olunan kompensasiya məbləği vətəndaşın mülkiyyətinin real bazar dəyəri ilə uyğun olmalıdır. Əmlakın qiymətinin yalnız bir tərəfin yanaşması əsasında müəyyənləşdirilməsi mübahisələrə səbəb ola bilər. Məhz buna görə də müstəqil qiymətləndirmənin aparılması həm vətəndaşın, həm də prosesin digər iştirakçılarının maraqları baxımından əhəmiyyətlidir.
Orxan Əlinin sözlərinə görə, peşəkar qiymətləndirmə zamanı əmlakın yerləşdiyi ərazi, torpaq sahəsinin xüsusiyyətləri, tikilinin texniki vəziyyəti, sahəsi, təyinatı, mövcud bazar qiymətləri və digər mühüm göstəricilər nəzərə alınmalıdır. Xüsusilə kommersiya obyektləri ilə bağlı qiymətləndirmədə onların yerləşmə üstünlükləri və iqtisadi xüsusiyyətləri də diqqətdən kənarda qalmamalıdır.

O bildirib ki, vətəndaşların əvvəlcədən əldə etdiyi qiymətləndirmə hesabatı kompensasiya ilə bağlı danışıqlarda onların mövqeyini gücləndirə bilər. Əgər tərəflər arasında əmlakın dəyəri ilə bağlı fikir ayrılığı yaranarsa, müstəqil qiymətləndirmə nəticələri əlavə araşdırma və mübahisənin həlli üçün mühüm əsaslardan biri kimi çıxış edə bilər. Bununla belə, kompensasiya məbləği qanunvericiliyin tələbləri, tətbiq olunan kompensasiya mexanizmi və digər hüquqi hallar nəzərə alınmaqla müəyyən edilir.

“Vətəndaşlara tövsiyəmiz odur ki, əmlaklarının qiymətləndirilməsini son ana saxlamasınlar. Çünki söküntü prosesi başlayandan sonra yaranan vaxt məhdudiyyəti və informasiya çatışmazlığı onların qərar qəbul etməsini çətinləşdirə bilər. Əvvəlcədən hazırlanmış peşəkar qiymətləndirmə hesabatı isə vətəndaşa öz mülkiyyətinin dəyəri barədə aydın təsəvvür yaradır və hüquqlarını müdafiə etmək üçün əlavə imkan verir”, – deyə Orxan Əli bildirib.

O əlavə edib ki, paytaxtda həyata keçiriləcək genişmiqyaslı yenidənqurma prosesində qiymətləndirmə institutu mühüm rol oynamalı, əsas məqsəd yalnız ərazilərin boşaldılması deyil, həm də mülkiyyətçilərin hüquqlarının və iqtisadi maraqlarının qorunması olmalıdır.

AzPost.az

Post navigation

Previous: Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?
Next: Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Azərbaycanda son beş il yarım ərzində əlilliyə görə əmək pensiyası alanların sayı 128 mindən çox azalıb. Bu,...
Read more about Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?
Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA 4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir? amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb tramp putin cin
  • Dünya

Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb

User 18 Noyabr 2026 - 15:22
Almaniyanın xarici işlər naziri Bakıdan Ermənistana uçub alman xin
  • Dünya

Almaniyanın xarici işlər naziri Bakıdan Ermənistana uçub

User 18 Noyabr 2026 - 14:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.