İran parlamenti ölkənin Məkkə Paktına – birgə müdafiə sazişinə qoşulmasını nəzərdə tutan qanun layihəsinə düzəlişləri təsdiqləyib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Düzəlişlər çərşənbə günü parlamentin həm əyani, həm də distant formatda keçirilən açıq iclasında qəbul edilib. Onlar parlamentdə qəbul olunan qanunları yoxlayan 12 üzvdən ibarət Konstitusiyanın Qorunması Şurasının iradlarının aradan qaldırılmasına yönəlib.
Dəyişikliklərin təsdiqlənməsi barədə qərar Konstitusiyanın Qorunması Şurasının iradlarını araşdıran parlamentin Hüquq və Məhkəmə Məsələləri Komissiyasının məruzəsi dinlənildikdən sonra qəbul olunub.
Məkkə Paktı kimi tanınan Birgə Müdafiə Sazişi 2026-cı il avqustun 7-də Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən imzalanıb.
