Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır.
Kommunikasiya xətlərinin çəkilməsi üçün zəruri olan uzunluqda sərhədin cənub hissəsinin delimitasiyası və demarkasiyası bu prosesin mühüm mərhələlərindən biri olacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə keçirilən hökumət saatında belə deyib.
O bildirib ki, Dublin görüşündə Azərbaycan Prezidenti ilə daha əvvəl əldə olunmuş razılaşmaları bir daha təsdiqləyib.
Paşinyan “Real Ermənistan” konsepsiyasının məntiqinə uyğun olaraq, hakimiyyətin heç nədən imtina etmədiyini və bundan sonra da imtina etmək niyyətində olmadığını vurğulayıb.
“Belə bir gündəm ümumiyyətlə yoxdur”, – deyə Paşinyan əmin edib.
