Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38 (Last updated: 18 Noyabr 2026 - 18:31)
putin herbi

Ukrayna müharibəsi ilə bağlı Əbu-Dabidə üçtərəfli danışıqların keçirilməsi və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Kremlə növbəti səfəri Vladimir Putinin mövqeyinə təsir etməyib.

“The New York Times” nəşri Qərb kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən yazır ki, Rusiya prezidenti müharibəni ən azı qışın sonunadək davam etdirməyi planlaşdırır. Kəşfiyyatın qiymətləndirməsinə görə, Putin Rusiya ordusunun Ukraynanın şərqində daha böyük irəliləyiş əldə edəcəyinə, Kiyevə qarşı dron və raket hücumlarının isə ukraynalıların müqavimətini qıracağına ümid edir.

Kəşfiyyat məlumatları ilə tanış olan rəsmilər “The New York Times”a bildiriblər ki, cəbhədəki yüksək itkilər, yeni əsgərlərin cəlb olunmasında çətinliklər və iqtisadiyyatdakı qeyri-sabitlik Putinə təzyiqi artırır. Bununla belə, həmsöhbətlərin fikrincə, məhz müharibə Kremlə ölkə daxilində yarana biləcək ictimai narazılıqları yatırmaq imkanı verir.

“Azadlıq Radiosu”nun yazdığına görə, Pentaqon rəhbərinin müavini Elbric Kolbi noyabrın 17-də Almaniyadakı “Ramştayn” aviabazasında keçirilən Ukrayna üzrə təmas qrupunun iclasında NATO müttəfiqlərini müharibənin davamına hazırlaşmağa çağırıb.

“Qış yaxınlaşdıqca Rusiya, görünür, daha çox canlı qüvvə cəlb etməyə və iqtisadiyyatını uzunmüddətli müharibəyə uyğunlaşdırmağa davam edəcək”, – deyə o bildirib.

Almaniyadakı “Ramştayn” bazasında toplaşan 50 ölkənin nümayəndələrinə müraciət edən Kolbi hər kəsin münaqişənin davam edəcəyi ehtimalına hazır olmalı olduğunu vurğulayıb.

Qərb kəşfiyyatı Putinin niyyətləri barədə fərqli fikirdədir

Qərb kəşfiyyat qurumları Putinin müharibəni dayandırmaq üçün danışıqlara başlamaq istəməməsinin səbəbləri barədə fərqli qənaətdədirlər. Müharibənin müddəti artıq Böyük Vətən müharibəsini geridə qoyub, Rusiyanın itkiləri isə öldürülən və yaralananlarla birlikdə 1,5 milyon nəfərə çatıb.

Bəzi mənbələr hesab edirlər ki, müharibə Putin üçün “məqsəd hissi” yaradır və hakimiyyətdə qalmaq üçün onun qələbə elan etməsi vacibdir. “The New York Times”ın yazdığına görə, kəşfiyyatın qənaətincə, Putin ona “düzgün təklif” ediləcəyi təqdirdə sülhə razılaşa bilər.

Belə bir razılaşma Kiyevin Donbası tamamilə təhvil verməsini və Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair vədini əhatə edə bilər. Lakin nə Ukrayna Prezidenti Volodimir Zelenski, nə də ölkənin ali rəhbərliyi bu şərtlərlə razılaşacaq. “The New York Times”ın həmsöhbəti buna görə də belə bir ssenarini real hesab etmir. Qəzetin yazdığına görə, Avropa diplomatları Putinin 2027-ci ildə Avropada keçiriləcək seçkilər dalğasını gözlədiyini düşünürlər. Rusiya lideri seçkilərin Ukraynaya dəstəyin azalmasına səbəb olacağına ümid edə bilər.

Putin NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını istəyir?

“Bloomberg”in məlumatına görə, Putinin tələbləri təkcə Ukrayna ilə məhdudlaşmır. O, NATO-nun hərbi infrastrukturunun 1997-ci il sərhədlərinə qədər ciddi şəkildə azaldılmasını istəyir. Kremlin təklifinə əsasən, alyansın son 30 ildə üzv qəbul etdiyi bütün ölkələrdən NATO qoşunları çıxarılmalıdır. Bunun müqabilində Moskva hərbçilərini Kalininqrad vilayətindən çıxarmağa razıdır.

“Bloomberg”in mənbələrinin bildirdiyinə görə, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukraynada müharibənin başa çatdırılması üçün yeni yanaşmaların axtarışını müzakirə edərkən bu ideyanı Avropadakı müttəfiqlərə çatdırıblar. Amerikalı danışıqlar aparan şəxslər Kiyevdən Donbası Şimali Atlantika Alyansına üzvlük müqabilində güzəştə getməyə hazır olub-olmadığını da soruşublar.

“Bloomberg”in həmsöhbətlərinin sözlərinə görə, Avropa İttifaqının liderləri amerikalıların təkliflərini rədd ediblər. Bununla belə, bəzi liderlər Ukraynanın razılaşacağı təqdirdə, sərhədləri dəyişdirilmiş vəziyyətdə NATO-ya üzv olması variantını mümkün hesab ediblər.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul
Next: Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

Oxşar xəbərlər

pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.