Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur.
O, lif, zülal və faydalı yağlarla zəngindir, həmçinin visseral piylərin – daxili orqanların ətrafında toplanan piylərin azalmasına kömək edə bilər.
Azpost.info bildirir ki, bu barədə dietoloq Krutika Nanavati məlumat verib.
U-news.com.ua saytının yazdığına görə, badamın tərkibində hüceyrələri zədələnmədən qoruyan antioksidant xüsusiyyətli E vitamini də çoxdur.
“Badamın tərkibindəki antioksidantlar orqanizmi ürək xəstəlikləri, xərçəng və digər sağlamlıq risklərindən qorumağa kömək edir. Onlar həmçinin dəridə iltihabı azaltmağa və arıqlamağa dəstək ola bilər”, – deyə Nanavati bildirib.
Dietoloqun sözlərinə görə, badam həzm prosesini yaxşılaşdıran və çəki itirməyə kömək edən mono doymamış yağlarla da zəngindir. Badamın sağlamlıq üçün faydalarının böyük hissəsi məhz onun yağ tərkibi ilə bağlıdır.
Badamın əsas üstünlüklərindən biri də yüksək zülal miqdarıdır. Zülal maddələr mübadiləsinin sürətlənməsinə kömək edə bilər.
Badamı bütöv, xırdalanmış və ya doğranmış şəkildə yemək mümkündür. Bundan başqa, ondan badam unu və badam yağı da hazırlanır.
Sunay Aydın
