Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Britaniya Ukraynaya 1000-dən çox uzaqmənzilli dron verir – Rusiyanın dərinlikləri hədəfdə

User 19 Noyabr 2026 - 11:27 (Last updated: 19 Noyabr 2026 - 11:27)
PUA amerika

Böyük Britaniya hökuməti Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün 1000-dən çox uzaqmənzilli pilotsuz uçuş aparatı (PUA) təqdim edəcək.

Azpost.info -nun məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin ofisinin yaydığı bəyanatda bildirilib.

Bəyanat noyabrın 19-da Berlində keçirilməsi planlaşdırılan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın görüşü ərəfəsində yayılıb. Bildirilib ki, Börnhəm görüşdə ağır döyüş başlıqları daşıya bilən və 1000 kilometrdən artıq məsafə qət edən zərbə dronlarının Ukraynaya ayrıldığını elan edəcək.

Bu dronlar ümumi dəyəri 260 milyon funt sterlinq (341 milyon dollar) olan yardım paketinə daxil ediləcək.

London hesab edir ki, bu dəstək Kiyevə “cəbhə xəttindən xeyli uzaqda yerləşən hərbi istehsal obyektlərinə və digər hədəflərə zərbələr endirmək imkanı verəcək”.

Bundan başqa, Böyük Britaniya Ukrayna üçün dəniz, logistika və kəşfiyyat dronlarının istehsalını və tədarükünü təşkil edəcək. Endi Börnhəmin ofisindən verilən məlumatda, həmçinin Böyük Britaniyanın Ukraynaya Lightweight Multirole Missiles (LMM) adlı çoxməqsədli raketlərin tədarükünə başladığı bildirilib.

2025-ci ilin martında Böyük Britaniya sənayesi ilə Ukrayna arasında 1,6 milyard funt sterlinq dəyərində müqavilə imzalanıb. Razılaşmaya əsasən, Kiyevə 5 mindən çox LMM raketi göndəriləcək.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Si Cinpindən Trampla görüşdə mühüm mesaj
Next: 19 noyabr üçün ulduz falı – Bu bürcləri gözlənilməz dəyişikliklər gözləyir

Oxşar xəbərlər

tramp putin cin
  • Dünya

Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi

User 19 Noyabr 2026 - 11:45
putin cin
  • Dünya

Si Cinpindən Trampla görüşdə mühüm mesaj

User 19 Noyabr 2026 - 11:21
ukr rus zerbe
  • Dünya

Ukrayna Tatarıstanda Rusiyanın neft arteriyasını vurdu – VİDEO

User 19 Noyabr 2026 - 10:58

xƏBƏR

tramp putin cin
  • Dünya

Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi

User 19 Noyabr 2026 - 11:45
ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiyanın diktatoru Vladimir Putin ilk dəfə...
Read more about Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi
19 noyabr üçün ulduz falı – Bu bürcləri gözlənilməz dəyişikliklər gözləyir burcler
  • Maraqlı

19 noyabr üçün ulduz falı – Bu bürcləri gözlənilməz dəyişikliklər gözləyir

User 19 Noyabr 2026 - 11:36
Britaniya Ukraynaya 1000-dən çox uzaqmənzilli dron verir – Rusiyanın dərinlikləri hədəfdə PUA amerika
  • Dünya

Britaniya Ukraynaya 1000-dən çox uzaqmənzilli dron verir – Rusiyanın dərinlikləri hədəfdə

User 19 Noyabr 2026 - 11:27
Si Cinpindən Trampla görüşdə mühüm mesaj putin cin
  • Dünya

Si Cinpindən Trampla görüşdə mühüm mesaj

User 19 Noyabr 2026 - 11:21
Ukrayna Tatarıstanda Rusiyanın neft arteriyasını vurdu – VİDEO ukr rus zerbe
  • Dünya

Ukrayna Tatarıstanda Rusiyanın neft arteriyasını vurdu – VİDEO

User 19 Noyabr 2026 - 10:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.