Böyük Britaniya hökuməti Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün 1000-dən çox uzaqmənzilli pilotsuz uçuş aparatı (PUA) təqdim edəcək.
Azpost.info -nun məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin ofisinin yaydığı bəyanatda bildirilib.
Bəyanat noyabrın 19-da Berlində keçirilməsi planlaşdırılan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın görüşü ərəfəsində yayılıb. Bildirilib ki, Börnhəm görüşdə ağır döyüş başlıqları daşıya bilən və 1000 kilometrdən artıq məsafə qət edən zərbə dronlarının Ukraynaya ayrıldığını elan edəcək.
Bu dronlar ümumi dəyəri 260 milyon funt sterlinq (341 milyon dollar) olan yardım paketinə daxil ediləcək.
London hesab edir ki, bu dəstək Kiyevə “cəbhə xəttindən xeyli uzaqda yerləşən hərbi istehsal obyektlərinə və digər hədəflərə zərbələr endirmək imkanı verəcək”.
Bundan başqa, Böyük Britaniya Ukrayna üçün dəniz, logistika və kəşfiyyat dronlarının istehsalını və tədarükünü təşkil edəcək. Endi Börnhəmin ofisindən verilən məlumatda, həmçinin Böyük Britaniyanın Ukraynaya Lightweight Multirole Missiles (LMM) adlı çoxməqsədli raketlərin tədarükünə başladığı bildirilib.
2025-ci ilin martında Böyük Britaniya sənayesi ilə Ukrayna arasında 1,6 milyard funt sterlinq dəyərində müqavilə imzalanıb. Razılaşmaya əsasən, Kiyevə 5 mindən çox LMM raketi göndəriləcək.
N.Talıblı
