Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp, Putin və Si Cinpinin görüşündən ilk açıqlamalar yayıldı

User 19 Noyabr 2026 - 13:00
tramp putin si gorus stol etrafi

Tramp, Putin və Si Cinpinin üçtərəfli görüşündən ilk görüntülər yayımlanıb.

Si Cinpin masanın mərkəzində, Donald Tramp və Vladimir Putin isə onun sağında və solunda əyləşiblər.

Çin lideri hazırda rəsmi protokol çıxışı edir. O, keçmişə əsaslanaraq gələcəyi açmağın zəruriliyindən danışıb. Bildirib ki, qlobal dünyada böyük dövlətlər sabitliyin qorunmasına digər ölkələrlə müqayisədə daha böyük məsuliyyət daşıyırlar. “Dünyanın aparıcı dövlətləri və BMT Təhlükəsizlik Şurasının üzvləri kimi biz bütün dünyanın rifahına töhfə verməliyik”, – deyə Si Cinpin bildirib.

Putin qeyd edib ki, Rusiya, ABŞ və Çini təkcə İkinci Dünya müharibəsinin qalib dövlətləri statusu deyil, həm də beynəlxalq sülhün qorunmasına görə məsuliyyət birləşdirir.

O, beynəlxalq hüquq sisteminin və BMT Nizamnaməsinin qorunub saxlanılması və möhkəmləndirilməsi kimi vəzifələrdən danışıb.

Tramp bildirib ki, əvvəllər dünya liderləri dialoqdan yayınırdılar, lakin indi vəziyyət fərqlidir. Onun sözlərinə görə, sülh vacibdir və bu görüş sayəsində təhlükəsiz şəraitdə birgə yaşamaq üçün yeni yanaşmalar tapmaq imkanı yaranıb.

Tramp xatırladıb ki, danışıqlar masasında əyləşən hər üç dövlət dünyanın ən böyük nüvə silahı arsenalına malik ölkələr sırasındadır.

O, həmçinin nəzarətdən çıxmış qlobalist təşkilatlarla bağlı məsələnin həll edilməsinin vacibliyini vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Ağrının yaddaş ömrü

Oxşar xəbərlər

paşinyan
  • Dünya

Gələn həftə Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc olunacaq

User 19 Noyabr 2026 - 12:28
tramp putin cin
  • Dünya

Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi

User 19 Noyabr 2026 - 11:45
PUA amerika
  • Dünya

Britaniya Ukraynaya 1000-dən çox uzaqmənzilli dron verir – Rusiyanın dərinlikləri hədəfdə

User 19 Noyabr 2026 - 11:27

xƏBƏR

tramp putin si gorus stol etrafi
  • Dünya

Tramp, Putin və Si Cinpinin görüşündən ilk açıqlamalar yayıldı

User 19 Noyabr 2026 - 13:00
Tramp, Putin və Si Cinpinin üçtərəfli görüşündən ilk görüntülər yayımlanıb. Si Cinpin masanın mərkəzində, Donald Tramp və Vladimir...
Read more about Tramp, Putin və Si Cinpinin görüşündən ilk açıqlamalar yayıldı
Ağrının yaddaş ömrü WhatsApp Image 2026-11-19 at 12.37.15
  • Mədəniyyət

Ağrının yaddaş ömrü

User 19 Noyabr 2026 - 12:50
Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüş başladı -VİDEO trap putin si
  • Baş Yazı

Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüş başladı -VİDEO

User 19 Noyabr 2026 - 12:37
Qvardiola Səudiyyə Ərəbistanı millisindən gələn təklifi rədd etdi qvardiolo
  • İdman

Qvardiola Səudiyyə Ərəbistanı millisindən gələn təklifi rədd etdi

User 19 Noyabr 2026 - 12:35
Gələn həftə Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc olunacaq paşinyan
  • Dünya

Gələn həftə Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc olunacaq

User 19 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.