Hacıqabulda 34 yaşlı kişini qatar vurub.
Hadisə Hacıqabul rayonunun Nəvahi kəndində baş verib.
Rayonun Nəvahi kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub. Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı travmalarla Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. (APA)