Bakı dezinfeksiya olunur

Bu gün paytaxtın 150-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Dezinfeksiya işlərinə səhər saat 05:00-dan başlanılıb.

Paytaxtın kommunal xidmətindən bildirilib ki, 30-dan çox küçə artıq dezinfeksiya olunub:

“Xidmətin 2000-dən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb.

Daxili İşlər Nazirliyi öz təşəbbüsü ilə paytaxtın dezinfeksiya işlərinə qoşulub. Bu işlərə səkkiz ədəd xüsusi nəqliyyat vasitəsi ayırıb”.

Fövqəladə Hallar Nazirliyinin də üç ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.

Xatırladaq ki, dünən dezinfeksiya işləri ilə əlaqədar olaraq, paytaxt sakinlərinə bir sıra küçə və prospektlərə çıxmamaq barədə xəbərdarlıq edilmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir