Karantindən sonra səfərə gedib-qayıdanlar karantinə yerləşdiriləcəkmi?- AÇIQLAMA

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkədə karantin rejimi başa çatdıqdan sonra səfərə gedib-qayıdan Azərbaycan vətəndaşlarının 14 gün müddətinə karantinə yerləşdiriləcəyi ilə bağlı yayılmış söz-söhbətə münasibət bildirib. 

Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.

O deyib: “Düşünürəm ki, bu fikir şəxsi mövqedən irəli gələrək səsləndirilib. Qeyd olunan məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı yoxdur. Vətəndaşlarımıza məsləhət görərdim ki, yalnız rəsmi məlumata inansınlar”(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir